Abituriyent və tələbələrin nəzərinə: “Xızır Baba təqaüdü" veriləcək

10 Fevral 2021 11:46    938 Baxış   
Abituriyent və tələbələrin nəzərinə:  “Xızır Baba təqaüdü" veriləcək

Pandemiya dövründə "facebook" sosial şəbəkəsində yaranan "Evdar Kişilər Klubu" daim diqqət mərkəzində olmağı bacarıb.


Dominant.az xəbər verir ki, kreativ ideyaları ilə seçilən qrup rəhbəri Vəfadar Babayev bu dəfə yeni layihəyə start verib.


Yeni layihə “Xızır Baba təqaüdü" adlanır. Təqaüd proqramı ailə vəziyyəti ağır, eyni zamanda çalışqan, təhsil almağa həvəsli abituriyent və tələbələr üçün nəzərdə tutulub. Proqram 2 seçim mərhələsindən ibarət olacaq:

1. Online müraciət
2. Müsahibə mərhələsi.

Müraciət forması:

1. Tərcümeyi hal
2. Motivasiya məktubu
3. Şəxsiyyət vəsiqəsinin skanı
4. Şəkil
5. Akademik göstəriciləri bildirən məlumat (abituriyentlər illik qiymət cədvəli, təbələr smestr ballarının qiymət cədvəlini).
6. Şəhid/qazi övladları əlavə olaraq faktı təsdiq edən sənədi əlavə etmələri rica olunur.

Tələb olunan sənədləri [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi 20.02.2021

Təqaüd proqramı ilə bağlı V.Babayev saytımıza bunları deyib:

"Ötən il 20 nəfərlə başladıq. Pandemiyaya qədər normal davam etdik. Təqaüd verəcəyimiz tələbə və abituriyent sayı himayəçilərin verəcəyi ümumi məbləğdən asılı olacaq. Hədəf minimum 20 nəfərdir.
Təqaüd verəcəyimiz gənclərin müraciət sayına əsasən 50%-ni şəhid və qazi övladları arasından seçmək planlanlaşdırılıb"

Qeyd edək ki, təqaüd məbləği aylıq 50 (və ya 100, himayəçi sayına görə) AZN, tələbə/abitürientlər üçün nəzərdə tutulub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar