ABŞ-ın neft-qaz şirkəti Azərbaycandan gedir

05 İyul 2021 12:10    1021 Baxış   
ABŞ-ın neft-qaz şirkəti Azərbaycandan gedir

“Magseis FF” LLC şirkətinin Azərbaycandakı filialı ləğv olunur.

Dominant.az-ın məlumatına görə, bu barədə şirkətin elanında qeyd olunub.

Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, mənzil 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Magseis FF” LLC şirkəti ABŞ mərkəzli neft-qaz şirkətidir və əsas fəaliyyəti quyuların istismara hazırlanması, quyularda hasilatın artırılması və kəşfiyyat işlərinin aparılmasından ibarətdir.

(ölkə.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar