Ağdam və Füzuli ermənilər tərəfindən atəşə tutulur - Qanlı tarix

03 Fevral 2021 10:14    527 Baxış   
Ağdam və Füzuli ermənilər tərəfindən atəşə tutulur -  Qanlı tarix

3 fevral 1919-cu il - Dusurun və Xaçatur Bukanın tapşırığı ilə 30 nəfər Ağdərə ermənisi azərbaycanlıların yaşadıqları kəndlərə basqın edərək mal-qara sürülərini aparmağa cəhd edirlər.

3 fevral 1943-cü il - Stalin repressiyasının qurbanlarından biri, dəyərli ziyalı, ADR höküməti dövründə Azərbaycan Parlamentinin üzvü, Nazirlər Şurasının sədri vəzifəsində çalışmış Həmid bəy Ağa Xəlil oğlu Şaxtaxtinski Rusiyanın Arxangelski vilayətindəki həbsxanada (o, 1941-ci ildə həbs edilmişdi) vəfat edir.

3 fevral 1992-ci il - Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın hərbi sirlərin qorunmasına nəzarət edən xüsusi şöbənin rəisi, polkovnik Pyotr Maslennikov, “konstruktor” Mixail Poqasyan, “Vartan cəngavərləri”nin Vyana bölməsindən gəlmiş Qabriel İşxanyan Qarabağın Xankəndi şəhərində görüşürlər və azərbaycanlılara qarşı “məxfi planı” (Malıbəyli, Qaradağlı, Gülablı, Abdal, Pircamal,Naxçıvanlı və s. Yaşayış yerlərində keçiriləcək işğal əməliyyatları) müzakirə edirlər.

3 fevral 1992-ci il - Erməni terrorçuları Füzuli rayonunun Qacar kəndinə silahlı basqın edirlər. Kənd sakini Həmid İbişov ağır yaralanır.

3 fevral 1993-cü il - Qarabağın Ergi düzü ərazisindəki otlaq sahəsində erməni quldurları ilə baş verən döyüşdə 21 nəfər həlak olur, 20 nəfər yaralanır.

3 fevral 1993-cü il - Ağdam şəhəri və onun ətraf kəndləri ermənilər tərəfindən QRAD qurğularından atəşə tutulur. Dağıntılar və tələfat olur.

3 fevral 1993-cü il - Füzuli şəhəri və şəhərin qərbində yerləşən kəndlər ermənilər tərəfindən atəşə tutulur. Dağıntılar və tələfat olur.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar