Ailəsi Navalnının Almaniyada müalicə olunmasını tələb edir

21 Avqust 2020 13:08    285 Baxış   
Ailəsi Navalnının Almaniyada müalicə olunmasını tələb edir
Rusiyanın müxalifət lideri Aleksey Navalnının Omsk şəhərindəki qərargahı sosial şəbəkələr vasitəsilə siyasətçinin tərəfdarlarını xəstəxanaya toplanmağa və həkimlərdən müalicə üçün Almaniyaya aparılmasını tələb etməyə çağırıb.

Məlumata görə, qərargahın açıqlamasında bildirilib ki, Navalnının daşınmasına qoyulan qadağa ona qarşı edilən sui-qəsd cəhdidir.

Siyasətçinin mətbuat katibi Kira Yarmış jurnalistləri prezidentin mətbuat katibi Dmitri Peskovdan “Alekseyin evakuasiyası ilə bağlı dəqiq bir mövqe” əldə etməyə çağırıb.

“Dünən Peskov hakimiyyətin bu məsələ ilə bağlı kömək etməyə hazır olduğunu vəd edib. Biz birmənalı bəyanat gözləyirik”,- deyə Yarmış qeyd edib.

Qeyd edək ki, Almaniyadan siyasətçi üçün göndərilən tibbi təyyarə artıq Omskda eniş edib. Navalnının həyat yoldaşı Yuliya onun Almaniyada müalicə olunmağını istəyir.

Xəstəxananın baş həkimi Aleksandr Muraxovski jurnalistlərə bildirib ki, ötən gecə Navalnının vəziyyəti yaxşılaşsa da hələ ki, stabil deyil, bu səbəbdən həkimlər onun daşınmasına icazə verməyə cəsarət etməyiblər.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar