“Alliance Logistics” şirkəti Rusiyadan 100 irihəcmli qapalı vaqon aldı

03 Sentyabr 2021 20:33    941 Baxış   
“Alliance Logistics” şirkəti Rusiyadan 100 irihəcmli qapalı vaqon aldı

Azərbaycan Dəmir Yollarının ekspeditor şirkəti olan “Alliance Logistics” Rusiyanın “RM Rail” şirkətindən 100 ədəd iri həcmli qapalı vaqonlar əldə edib.

Şirkətdən verilən məlumatda deyilir ki, bu vaqonlar idxal, ixrac, tranzit və daxili yükdaşımalarda istifadə olunacaq. Beləliklə, qeyd olunan rejimlər üzrə yükdaşıma həcmləri və nəticədə Azərbaycanda ümumi yükdaşıma həcmləri artırılacaq.

“RM Rail” Rusiyanın aparıcı vaqontikinti şirkətidir və ən müxtəlif yüklərin daşınması üçün müxtəlif növ vaqonlar istehsal edir.

“Alliance Logistics” özəl Azərbaycan şirkəti olmaqla regionda ən iri logistika şirkətlərindən hesab edilir və Azərbaycan Dəmir Yollarının ekspeditorudur. Bu yaxınlarda şirkətin logistika sistemi Hindistan və Fars körfəzindən Rusiyaya, Qərbi Avropaya, Baltikyanı və Skandinaviya ölkələrinə məhsul daşımağa imkan yaradan Şimal-Cənub Nəqliyyat Dəhlizinə inteqrasiya edilib. Dəniz yolları ilə yüklərin daşınması 45-60 gün təşkil edirsə, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərindən daşımalar 20-25 gün ərzində həyata keçirilir.

(Virtualaz.org)





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar