Alov Qüllərinin, SOCAR və "Azərsu" binasının yerinə univetsitetlər tikmək lazım idi

05 Yanvar 2021 22:10    626 Baxış   
Alov Qüllərinin, SOCAR və "Azərsu" binasının yerinə univetsitetlər tikmək lazım idi

Alov Qüllələrinin başagəlmə xərci 400 milyon ABŞ dolları; binalardan ikisi istifadəyə verilməyib və istifadə edilən 1 bina isə ordakı otelin və hovuzun ümidinə qalıb zərərlə işləyir.

SOCAR binasının başagəlmə xərci 414,237,659(milyon) ABŞ dolları; Dövlət büdcəsi hesabına maliyələşir, özü-özünü təmin etmir.

Bakı Olimpiya Stadionunun başagəlmə xərci 640 milyon(775 milyon da deyilir) ABŞ dolları: ümumiyyətlə heç bir gəliri yoxdur. Bir ara pul əldə etmək üçün toyxanaya çevirmək istəyirdilər.

"Azərsu" binasının tikintisinə 120 milyon dollar vəsait xərclənib. Azərsu özü hər ili zərərlə başa vurur. Sadəcə 2019-cu il üzrə zərər 600 milyon manata yaxındır.

Bu məbləğə dünyada ilk yüzlükdə olacaq universitetlər tikmək, peşəkar professor, müəllim və ziyalı heyətinin, o cümlədən tələbə heyətinin bütün xərclərini uzun müddətə təmin etmək mümkün idi. Hansıki bu universitetlərdə Azərbaycanın ölkəyə gəlir gətirəcək Selçuk Bayraktarı, Stiv Jobsunu, Jeff Bezosunu yetişdirəcəkdi. Texnologiya ilində ölkəmizin hələ daxili statistikaya görə ən zəif və aşağı təhsil səviyyəli universitetləri Gəncə Texnologiya və Azərbaycan Texniki Universitetidir. Bir çox özəl və dövlət liseylərinin orta məktəb təhsili bu universitetlərdən daha modern və üstündür.

Müqayisə üçün, dünyanın 17-ci ən böyük iqtisadiyyatı olan Hindistan sadəcə 74 milyon ABŞ dollara kosmik mədəncilik çalışmaları aparması üçün Kosmosa raket göndərdi. Kosmik raket Yerdə tükənməkdə olan kimyəvi elementlərin Hindistana daşınmasını təmin edəcək və dünya bazarına çıxaracaqlar.

Babək Həmidov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar