Antibiotiklərin məhv etdiyi bağırsağı bu üsulla bərpa etmək olar

09 Yanvar 2021 18:29    472 Baxış   
Antibiotiklərin məhv etdiyi bağırsağı bu üsulla bərpa etmək olar

Koronavirus zamanı bəzən lazım oldu-olmadı, bəzən də həqiqətən yerində istifadə edilən güclü antibiotik terapiya xəstələrin bağırsaq mikroflorasını və mikrobiotunu tamamilə pozur.

Mikroflora bağırsağın daxili bakterial florasıdır. Onun çəkisi təxminən 3 kiloqramdır. Yəni bizim bağırsaqlarımızda 2-3 kq bakteriya ordusu var.

Antibiotiklər qəbul edilən gündən bağırsaqda olan faydalı, lazımi bakteriyaları, mikrobiomları da öldürür, üstəlik orqanizmdə öldürülən bakteriya və virus qalıqların da çoxu bağırsaqlara toplanır.

Bağırsaqlar toksinləşir, orda zərərli mikrob və bakteriyalar artır, güclənir və xəstə daha da halsızlaşır.

Medicina.az təkcə korona yox, bütün antibiotiklə müalicə olunan xəstəliklərdən sonra bağırsaq mikroflorasını bərpa etməyin üsullarını təqdim edir.

Mikroflora pozulması bizim həkimlər tərəfindən disbakterioz adlandırılır.

Əlamətləri:

- İshal, diareya
- Nəcisin yaşıl, boz, duru olması
- Kəskin qoxu
- Qarında ağrı, sancı, istilik
- Köp, qıcqırma
- İştahsızlıq
- Gündə 3-4 dəfə tualetə getmə
- Həzmin pozulması
- Dəridə qaşınma
- İştahsızlıq
- Mədədə ağrı
- Arıqlama
- Yuxu pozulması
- Halsızlıq

Dərman terapiyası:

Kəskin disbakteriozda nəcisin ümumi və əkilmə analizi verilir, əgər bağırsaqlarda zərərli patogen mikroblar, bakteriyalar çoxdursa, bunun üçün xüsusi antibiotik qəbul etmək lazım gələcək. Bu adi antibiotik yox, məhz bağırsaq üçün olan dərmandır.
Bu dərmanı özbaşına, həkimsiz içmək olmaz.

- Yüngül, orta halda və ya ağır formada zərərli bakteriyaları xüsusi dərmanla yox etdikdən sonra bağırsağa faydalı mikroorqanizmlər yerləşdirmək üçün prebiotik və probiotiklər, eləcə də son zamanların yeni kəşfi simbiotiklər təyin olunur. Hazırda bu cür prerapatlar çoxdur və bunları ən azı 1-2 ay qəbul etmək lazımdır

- Mədəaltı vəzə və mədəyə dəstək üçün ferment tabletlər – məsələn Mezim, Festal və s.

- Qidalanmadan daha çox evdə duza qoyulmuş kələm suyu, çox yağlı olmayan ətin sümüklərindən bulyon, kəsmik, düyü həlimi, qatıq, kefir, yoqurt, tərəvəz şorbası, bişmiş kök, çuğundur, kətan toxumu, yulaf sıyığı, yağsız düyü yeyilməlidir.

- Bağırsağı qıcıqlandıran qidalar, süni qidalar, qazlı içki, soyuq su, qızardılmış yeməklər, köp və qıcqırmanı artıran qidalar olmaz

- Hər gün 2 litr təmiz, ilıq su içmək.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar