"Arvadı, bacısı gəzirmiş, ona görə asıb özünü" - Yas qeybəti

26 Fevral 2021 11:05    6306 Baxış   
"Arvadı, bacısı gəzirmiş, ona görə asıb özünü" -  Yas qeybəti

YAS QEYBƏTİ

Dedilər "qonşu Həsən kişi intihar edib", yığılıb getdik.
Biz çatana kimi yuyub kəfənləyib gətirib tabutda qoymuşdular evin ortasına. Molla quran oxuyurdu.

Həsənin anası ağlayırdı:
- Dedim alma ...lı qızını. Oralılardan adama arvad olmaz. Oğlumun öyünü yıxdılar.

Həsənin Bacısı:
- Ay qardaş, balaların yedi başını, ay qardaaaaş.

Arvadı:
- Məni borc içində qoyub hara getdin, ay öyü yıxılmış.

Qızı:
- Mən nişanlımın ailəsinin üzünə necə baxacam. Deyəcəklər atası intihar edib.

Oğlu dostuna:
- Sən birlərsən, evi, maşını adıma necə keçirə bilərəm?

Qonşu Fatma xala pıçıldayırdı:
- Deyirlər arvadı, bacısı gəzirmiş, ona görə asıb özünü.

Qonşu Şakir kişi:
- Qumara Borcu var imiş, öldürüb sonra asıblar.

Uzaq qohum:
- Axır zamanlar gözümə nəsə birtəhər dəyirdi. Nəsə atırdı deyəsən. Beynini qurutdu.

Başqa bir qonşu:
- Görəsən ehsan verəcəklər? Verməəyəcəklərsə, pul da yazdırmaram.

Başqa bir qohum:
- Mənə 100 manat borcu var idi. Batdı.

Tanımadığım biri:
- Deyirlər kişilikdən kəsilibmiş, ona görə özünü öldürüb. (xixixi)

Molla:
- Cəmaət, Mərhuma haqqınızı halal edin.

Camaat:
-Halal olsun, yaxşı adam idi.

İntihar edən kişi idi. Gör qadın intihar eləsə, arxasından nələr deyəcəkdilər...

Rauf Qərib



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar