Aşağı sinif şagirdlərindən maska taxmaq tələb olunmayacaq

27 Avqust 2020 18:09    369 Baxış   
Aşağı sinif şagirdlərindən maska taxmaq tələb olunmayacaq
"Uşaqların virusa yoluxma faizi aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 12 yaşdan aşağı uşaqların maska taxılması valideyinlərin ixtiyarına verilib".

Dominant.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı valideynlərə tövsiyə veriləcək:

"Maska istifadəsi azyaşlılar üçün virus mənbəyinə səbəb olar. Ona görə də aşağı sinif şagirdlərinin maska taxıb-taxmaması qərarını valideynlər verəcək".

Təhsil naziri Emin Əmrullayev isə bildirib ki, hazırda ölkədə 38% təhsil işçisi 50 yaşdan yuxarıdır: "Odur ki, müəllimlərin maskadan istifadəsi məcburidir".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar