"Atena" ayranından görün, nə çıxdı - FOTOLAR

14 Oktyabr 2020 21:49    834 Baxış   
"Atena" ayranından görün, nə çıxdı -  FOTOLAR

Bakı sakini, jurnalist Elnurə Abuşovanın marketdən aldığı ayranlar xarab çıxıb.

Dominant.az-a danışan jurnalist bildirib ki, ayranların içində kif təbəqəsi olub:

"Evimizə yaxın marketdən 2 dənə, hərəsi 70 qəpiyə ayran almışıq, açanda gördüm ki, hər ikisi xarabdı. Ayranın qablarının divarları içəridən kiflə örtülüb. İkisi də müxtəlif tarixdə istehal olunub, amma hər ikisinin qablarının içi iyrəncdir".
"Düşünürəm ki, məhsul elə marketə veriləndə o vəziyyətdə olub. Çünki ayranı aldığım market geniş, təmiz, səliqəliydi və ayranları soyuducudan götürüb mənə vermişdilər. Problem "Atena"nı istehsal edən şirkətdədir", - deyə E.Abuşova vurğulayıb.

Elnurə Abuşova "Atena" şirkətinin məhsullarını satan və alan şəxslərə müraciət də edib:


"Məsələ ayrana verdiyim pulda deyil, əgər ehtiyatsızlıq edib o ayrandan içsəydik, daha ciddi fəsadlara səbəb ola bilərdi, bəlkə də xəstəxanalıq olardıq. Kiçik qabda olan ayranları çox vaxt məktəbli, azyaşlı uşaqlar alır, heç içinə baxmadan, stəkana tökmədən başlarına çəkib içirlər. Görün, şirkət nə qədər uşağın həyatını təhlükəyə atır. Mağaza sahiblərindən xahiş edirəm ki, satdıqları məhsulu yoxlasınlar, müştərilər də diqqətli olsunlar".







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar