Avropa İttifaqı Türkiyəyə qarşı - "Yunanıstanın yanındayıq"

11 Avqust 2020 18:10    313 Baxış   
Avropa İttifaqı Türkiyəyə qarşı -  "Yunanıstanın yanındayıq"
Avropa İttifaqının (Aİ) sözçüsü Piter Stano mətbuat konfransı keçirib.

Dominant.az xəbər verir ki, Aİ-nin mətbuat katibi Aralıq dənizindəki gərginlikdən narahat olduqlarını, yunanların və Yunanıstanın yanında olduqlarını bildirib.

Piter Stano mətbuat konfransında Aİ-nin son zamanlarda Şərqi Aralıq dənizindəki Ankara-Afina xəttindəki gərginliyə artması ilə bağlı açıqlamalar verib: "Bölgədə baş verən son hadisələr çox narahat edicidir. Avropa İttifaqı yaxşı qonşuluq münasibətləri, beynəlxalq qanunlar, müsbət rabitə və dialoq yolu ilə problemləri həll etməyə çalışır".

Digər tərəfdən Stano, Aİ-nin Yunanıstan və Rum kəsiminin yanında olduğunu bildirib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar