Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen görüş zamanı əyləşməyə stul tapmaqda çətinlik çəkib.
Dominant.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Ərdoğanın von der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşü dünən Ankarada baş tutub. Yayımlanan kadrlarda Aİ rəhbərinin iclas otağında oturmağa yer tapa bilmədiyi görünür, çünki otaqda biri Ərdoğan, digəri isə Şarl Mişel üçün nəzərdə tutulmuş cəmi iki stul olub.
Bildirilib ki, qəbul edilmiş normalara görə, bu cür danışıqlar zamanı sözügedən yer ümumiyyətlə tərcüməçilərə və iclasın digər iştirakçılarına həvalə olunmalıdır.
Avropa qurumlarının rəhbərlərinin Ərdoğanla apardıqları danışıqlarda iqtisadi əməkdaşlığın inkişafı və qaçqınların məsələləri müzakirə edilib.