AY Partiya Başqanlıq Heyətinin genişləndirilmiş toplantısı keçirilib

27 Dekabr 2021 22:57    285 Baxış   
AY Partiya Başqanlıq Heyətinin genişləndirilmiş toplantısı keçirilib

Bu gün Azərbaycan Yüksəliş Partiyasının Başqanlıq Heyətinin genişləndirilmiş toplantısı keçirilib.
Toplantıya Başqan Anar Əsədli, Başqanlıq Heyətinin üzvləri Bəhrəm İsmayılov, Gülşən Hacıyeva, Ehtiram İlham, Sevinc Fədai, Gülşən Məmmədoğlu, Rəşad Bakuvi, Başqanın müşaviri Mətləb Abdullayev, Baş Məclis sədrinin müavini Rəqibə İsbiyeva, katibi Turac Hacızadə, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Qüdrət Əsədov qatılıblar.

Tədbirdə məruzə ilə çıxış edən Başqan Anar Əsədli AY Partiyanın 2021-ci ildəki fəaliyyəti, növbəti il üçün həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə danışıb.

Partiyanın 2022-ci il üçün Fəaliyyət Planı müzakirəyə çıxarılıb, təkliflərdən sonra qəbul edilib.

Həmçinin iclasda AY Partiyanın daimi Seçki Qərargahının yaradılmasına qərar verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar