Azay Quliyevin əleyhinə 1 səs

30 Aprelel 2021 17:20    3222 Baxış   
Azay Quliyevin əleyhinə 1 səs

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

İclasda "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova Azay Quliyevin əleyhinə səs verib.

Məlumata görə, Şuranın keçmiş fəaliyyəti ciddi tənqid olunub. Həmçinin Agentliyin gələcək fəaliyyətində Kollegial rəhbərlik xüsusi qabardılıb. Əvvəlki qaydada işləməyin yolverilməzliyi vurğulanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar