Azərbaycan əsgərinin Şuşaya sancdığı bayrağı Bakının mərkəzində ayaqlar altına sərdilər - Video

11 İyun 2021 21:52    1801 Baxış   
Azərbaycan əsgərinin Şuşaya sancdığı bayrağı Bakının mərkəzində ayaqlar altına sərdilər -  Video

Bildiyimiz kimi, paytaxtın mərkəzi küçə və prospektləri Formula -1 Azərbaycan Qran Prisinə görə bir müddət avtomobillərin gediş-gəlişi üçün bağlanmışdı. Artıq həmin yollar açılıb, avtomobillərin hərəkəti üçün heç bir maneə qalmayıb. Ancaq yarışdan sonra həmin küçələrdə heç də xoş olmayan mənzərə formalaşıb. Belə ki, asfalt üzərində Azərbaycan bayrağının rəngləri əks olunub. Avtomobillər və piyadalar isə həmin bayrağı tapdayaraq hərəkət etməyə məcburdur.

Təbii ki, bayraq müqəddəsdir, o bayrağın işğalda olan torpaqlarımızda ucalması naminə təkcə Vətən savaşında 3 minədək oğul canını qurban verib, minlərlə ata-ana şəhid olmuş övladının əvəzinə tabutuna sarılmış o üçrəngli bayrağı bağrına basıb, o bayraq məğrurla dalğalansın deyə, minlərlə oğul sağlamlığını itirib, o bayraq uğrunda neçə-neçə ailənin ocağı sönüb. Azərbaycan Silahlı Qüvvələrinin şərəflə Şuşa qalasından asdığı o müqəddəs bayrağı kimlərsə Bakının düz mərkəzində ayaqlar altına sərib.

Bu məqamda, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayraqla necə davrandığını yada salmaq istəyirik. Xatirinizdədirsə, İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizi gəzdikcə, o torpaqlarda ucaldılmış bayrağımızın qarşısında diz çöküb, bayrağı öpüb. Rəcəb Tayyib Ərdoğan dəfələrlə beynəlxalq iclaslarda, protokol qaydası olsa belə, Türkiyə bayrağı əks olunmuş kağız parçasının üzərində durmayıb. Əyilib bayrağı yerdən götürüb, ürəyinin üstündəki döş cibinə qoyub, sonra sırada durub.




Üç rəngli Azərbaycan bayrağını Bakının mərkəzi küçələrində əks olunması tapşırığını verənlərin diqqətinə məhz bu məqamları çatdırırıq və onu da qeyd etmək istəyirik ki, cənab Ərdoğan bir neçə gün sonra Azərbaycana səfər edəcək. Təbii ki, bu mənzərə ilə qarşılaşması nə onun üçün, nə də bizim üçün heç də xoş olmaz. Çünki o bayrağın azad Qarabağda məğrur dalğalanması üçün Ərdoğanın da az əməyi olmayıb. Inanmaq istəyirəm ki, ən azı onun Bakıya gəlişinə qədər bu rəzillik aradan qaldırılar, buna rəvac vermiş şəxslər layiqli vəzasını alarlar.


Xanlar Əlibəyli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar