Azərbaycan neftinin qiyməti 74 dollara çatır

14 Sentyabr 2021 10:51    660 Baxış   
Azərbaycan neftinin qiyməti 74 dollara çatır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,57 % artıb.

Dominant.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,98 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar