Azərbaycan pərakəndə sektorunda bir İLK - FOTOLAR

01 Oktyabr 2021 16:42    939 Baxış   
Azərbaycan pərakəndə sektorunda bir İLK -  FOTOLAR

Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və daima müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi 30 sentyabrda  Xətai rayonu, Xudu Məmmədov 2943/43 ünvanında  yeni Həzi Aslanov 13 marketinin açılışını edib.
Beləliklə, market sayını 1000-ə çatdıran “OBA” marketlər şəbəkəsi Azərbaycan pərakəndə satış sektorunda ən çox marketə sahib olan və ilk 1000-ci marketinin açılışını edən şəbəkə olub. 

1000-ci marketin açılışı ilə əlaqədar olaraq marketdə min məhsula 50 % -dək endirim kampaniyasına start verilib.  Endirim kampaniyası 3 gün davam edəcəkdir.



Qeyd edək ki, Azərbaycanın pərakəndə satış sektorunda aparıcı marketlər şəbəkəsindən biri olan “OBA Market” MMC 2021-ci ildə bir çox dəyişikliklər həyata keçirib. Şirkət son bir ildə müştəri məmnuniyyətini artırmaq məqsədilə mağazalarını genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib. Həmçinin mağaza sayını 1000-ə çatdıraraq müştərilərinə daha yaxın olmağa nail olub.



Milli dəyərləri qoruyaraq Azərbaycan xalqının yanında olan “OBA” marketlər şəbəkəsi 2021-ci ildə bir çox Korporativ Sosial Məsuliyyət tədbirləri həyata keçirib. Bundan başqa, “OBA” marketlər şəbəkəsi şəhid ailələrinə və Qarabağ qazilərinə yardım edib.

İl ərzində “OBA” marketlər şəbəkəsi müştərilərini də unutmayıb. Novruz bayramında, 28 may Respublika günündə, 1 iyun Beynəlxalq uşaqlar günündə, 15 sentyabr Bilik günündə və digər bayramlarda müştəriləri üçün maraqlı layihələr həyata keçirib.

Xatırladaq ki, "OBA Market" MMC öz fəaliyyətində hər zaman inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyəti hədəf kimi qarşıya qoyub. Qənaətli alış-veriş və sərfəli qiymət təklif edən "OBA"nı seçən müştərilər həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.



"Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1000-dən çox mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar