Azərbaycan polisi erməni sürücünü cərimələdi

18 Oktyabr 2021 22:08    201 Baxış   
Azərbaycan polisi erməni sürücünü cərimələdi

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Zəngəzur (Sünik) rayonunun Azərbaycanla həmsərhəd olan Xınzirək kəndinin Syunetsi adlı sakini yol hərəkəti qaydalarını pozduğuna görə azərbaycanlı yol polisi əməkdaşı tərəfindən cərimələnib.

Dominant.az Virtualaz.org-a istinadən xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması haqqında protokol aldıqdan sonra Syunetsi cərimə ödəməli olacaq, amma bunu necə edəcəyini bilmir. "Uruda (Vorotan) gedirdim, məni türk (azərbaycanlı - red.) yol polisi işçisi saxlayıb, akt yazıb, indi harada ödəyəcəyimi bilmirəm", - o şikayətlənib.

Syunetsi xatırladıb ki, onun yaşadığı kənd Azərbaycanla sərhədin yaxınlığında yerləşir.

Azərbaycanın yol polisindən Ermənistan vətəndaşlarına Azərbaycanın inzibati xətalar haqqında qanununa uyğun olaraq cərimə ödəməyi tövsiyə ediblər:

“Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilərlər. Əks halda onların avtomobilləri Gorus-Qafan magistral yolunda müsadirə olunaraq cərimə dayanacaqlarına aparılacaq”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar