Azərbaycan Rusiyadan koronavirus vaksini almayacaq

12 Avqust 2020 14:20    177 Baxış   
Azərbaycan Rusiyadan koronavirus vaksini almayacaq
Ötən gün Rusiya prezidenti Vladimir Putin ölkəsinin koronavirusa qarşı ilk peyvəndi (vaksin) rəsmən qeydiyyata aldığını bildirdi. Bütün dünyada maraqla qarşılanan bu xəbər tezliklə mətbuatın gündəminə çevrildi. Daha sonra Rusiya Birbaşa İnvestisiyalar Fondunun direktoru Kiril Dmitriyev "Sputnik V” peyvəndin artıq 1 milyard doza sifariş edildiyini açıqladı.

Dmitrievin sözlərinə görə, 20 ölkə vaksini almağa maraq göstərib. Bununla belə, 5 ölkə ilə birlikdə istehsal təşkil ediləcək.



Dominant.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Azərbaycanın bu vaksinə maraq göstərib-göstərmədiyi haqqında Modern.az-ın sualını cavablandırıb.

O, qeyd edib ki, bu vaksinlər öz ölkəsində qeydiyyatdan keçib, amma dünya səviyyəsində təsdiq edilməyib: "Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edilir və təsdiqlənmiş vaksin olmadığına görə müzakirələr aparılır”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar