Azərbaycana dəstək olan dövlətəri və xalqları unutmayaq

30 Noyabr 2020 18:25    613 Baxış   
Azərbaycana dəstək olan dövlətəri və xalqları unutmayaq

İkinci Qarabağ savaşının hərb mərhələsi başa çatıb.

Savaşın ilk günlərindən bizə dəstək olan dövlətəri və xalqları unutmamalıyıq.

????????Bizimlə birgə nəfəs aldığını deyən Pakistanı...

???????? Bizimlə qəlbi bir vuran Türkiyəni...

???????? Ən müxtəlif sahələrdə və müstəvilərdə sonadək bizi dəstəkləyən İsraili...

???????? Dünyanın geosiyasi nəhənglərinin Azərbaycana qarşı hücumlarının qarşısını alan Britaniyanı...

???????? Bizə əsl qardaş dəstəyini əsirgəməyən Ukraynanı...

???????? Azərbaycana sədaqətindən zərrə qədər geri çəkilməyən Belarusu...

???????? Qonşumuz və qardaşımız, savaş günlərində Azərbaycan üçün əlindən gələni etmiş Gürcüstanı...

???????? Avropa Birliyində vuran əlimizə və deyən dilimizə çevrilən İtaliyanı...

???????? Düşmənin sərhədinə yaxınlaşdığını görən kimi Ermənistana son ultimatumu yollayıb əsl dost kimi davranan İranı...

???????? "Vur, Azərbaycan, səninləyəm!" deyən Əfqanıstanı...

Qətəri, Sinqapuru, Yaponiyanı, Cənubi Koreyanı, habelə Çexiyanı, Monteneqronu, Tunisi, Venesuelanı, Kubanı...

Bir qardaş vəfa borcumuz var onlara.

Unutmayaq, unutdurmayaq.

Bizə düşmən mövqe tutanları, məğlubiyyətimizə çalışanları da yaddan çıxarmayaq əsla.

Savaş davam edir.

Sayıq və soyuqqanlı olaq...????????

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar