Azərbaycanda ağır yol qəzası: Ölənlər və xəsarət alanlar var

28 Fevral 2021 20:37    638 Baxış   
Azərbaycanda ağır yol qəzası:  Ölənlər və xəsarət alanlar var
Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Apa.az
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar