Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı açıqlandı

17 İyun 2021 17:22    726 Baxış   
Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı  açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan dominant.az-a verilən məlumata görə, son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 1 189 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar