Azərbaycanda bu tarixdən vaksinasiyaya başlanılacaq

29 Sentyabr 2020 14:11    282 Baxış   
Azərbaycanda bu tarixdən vaksinasiyaya başlanılacaq
Oktyabr ayının 12-dən başlayaraq bir ay ərzində respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçiriləcək.

Dominant.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmrdə yer alıb.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri əks olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar