Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? - Təhsil Nazirliyindən reaksiya

02 Martt 2021 13:31    482 Baxış   
Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? -  Təhsil Nazirliyindən reaksiya
Təhsil Nazirliyi məktəblərin bağlanma xəbərinə reaksiya verib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, məlumat ötən ilə məxsusdur:

"Ötən il tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir” -, deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandıracağını bildirmişdi.

***
Martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır.

Sfera.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Ülvi
Sfera.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar