Azərbaycanda çörəyin qiyməti bahalaşdı – FOTO

25 Fevral 2021 11:42    602 Baxış   
Azərbaycanda çörəyin qiyməti bahalaşdı –  FOTO

Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşməyib.

Yollar buz bağlaması səbəbilə təkcə bir günlük – ötən gün yaşanan çörək qıtlığı bu gün çörəyin qiymətinin qalxmasına səbəb oldu.

Belə ki, dünənə kimi 1,30 manata satılan “doyumluq təndir lavaş”ının qiyməti bu gün 1,54 manat olub.

İçərisində 10 ədəd olan “dönər lavaş”ının qiyməti isə 1,20-dən 1,44-ə yüksəlib.

Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır.



Yenisabah.az




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar