Azərbaycanda güclü zəlzələ baş verib

20 Noyabr 2021 17:37    114 Baxış   
Azərbaycanda güclü zəlzələ baş verib

Bu gün Şamaxıda zəlzələ olub.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub.

"Zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub" - deyə, o bildirib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar