Azərbaycanda koronavirusa qarşı peyvənd olunan şəxs komaya düşdü

19 Fevral 2021 19:40    582 Baxış   
Azərbaycanda koronavirusa qarşı peyvənd olunan şəxs komaya düşdü

Ucar rayonunda fevralın 13-ü peyvənd olan 1951-ci il təvəllüdlü Vaqif Səməndərov bu gün ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstənin oğlu Elşad Səməndərov açıqlamasında bildirib ki, atası peyvənd olunduqdan sonra halı yavaş-yavaş pisləşməyə başlayıb. O, atasının əvvəl qan təzyiqinin yüksəldiyini, daha sonar isə tədricən vəziyyətinin ağırlaşdığını deyib: “Bu gün isə səhər ayaq üstə olduğu zaman yerə yıxıldı, ayaqları tutulduğu üçün tarazlığını saxlaya bilmədi. Təcili olaraq onu Ucar rayon mərkəzi xəstəxanasına çatdırdıq, lakin heç bir həkim ona yaxın durmaq istəmədi. Baxmayaraq ki, atam kritik vəziyyətdədir, xəstəxanın baş həkimin müavini Tacəddin Qafarov mənə deyir ki, xəstəyə ancaq saat 19.00-dan sonra baxa bilərəm. Atamı gətirəndə danışa bilirdi, indi nitq qabiliyyətini də itirib, bizi eşitmir”.

Elşad Səməndərov atasının vəziyyətinin kritik olduğunu deyib: “Əlim hər yerdən üzüləndən sonra mən Ramal həkimə zəng vurdum, sağ olsun o, təcili xəstəxanaya gəldi. O gələndən sonra atamı reanimasiyaya apardılar. Hazırda həkimlərdən xəbər gözləyirəm. Əgər mənim atama nəsə olsa, bilin ki, onun ölümündə günahkar səhlənkar həkimlərdir”.

Məsələ ilə bağlı xəstəxananın baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonu bağlı olduğu üçün əlaqəmiz alınmadı.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır, yaxın vaxt ərzində bu haqda məlumat veriləcək.

KONKRET.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar