Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

10 Aprelel 2021 16:47    1220 Baxış   
Azərbaycanda koronavirusa yoluxanların sayı  açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan dominant.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 283 576 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.

Ölkədə son sutka ərzində 14 912 test aparılıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar