Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan dominant.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından üç nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 337 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 802 nəfər müalicə olunaraq sağalıb, 4 987 nəfər vəfat edib, aktiv xəstə sayı 1 534 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 271, ötən müddət ərzində isə ümumilikdə 3 858 551 test aparılıb.