Azərbaycanda vəkil intihar edib

27 Avqust 2020 19:44    508 Baxış   
Azərbaycanda vəkil intihar edib
Azərbaycan Vəkillər Kollegiyasinın üzvü özünü asaraq öldürüb.

Dominant.az xəbər verir ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.

Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.

Kollegiyadan “Report”a fakt təsdiqlənib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar