"8 Mayda Şuşada Türkiyənin iştirakı ilə böyük bir tədbir keçirmək və dünyaya, əsasən də Rusiyaya mesaj vermək olar ki, 8 mayda Şuşanı işğal elədiniz, amma biz geriyə dönüb öz torpağımızı geri aldıq. Necə ki, bu gün dövlət başçısı deyir ki, biz Zəngəzura da qayıdacağıq".
Dominant.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bu gün LAF TV-də Rusiya sülhməramlılarının 9 mayda Xankəndidə keçirmək istədikləri qələbə paradı haqqında danışarkən deyib.
A.Əsədli qeyd edib ki, böyük hərbi parad formasında olmasa belə, 8 mayda Şuşada Türk dövlətlərinin, o cümlədən Azərbaycanı dəstəkləyən ölkələrin müdafiə nazirlərinin, hərbi atteşələrinin iştirakı ilə ermənilərə və erməni havadarlarına mesaj verəcək möhtəşəm tədbir təşkil etmək daha məqsədəuyğun olar.
AY Partiya başqanının təklifləri ilə təqdim edəcəyimiz videoda tanış ola bilərsiniz: