Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan azərbaycanlılara MÜRACİƏT

15 May 2021 14:13    758 Baxış   
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan azərbaycanlılara  MÜRACİƏT

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Amerikada yaşayan azərbaycanlılara müraciət edib.

Dominant.az xəbər verir ki, məlumatlara görə, Los Ancelesdə və ümumilikdə Kaliforniyanın digər şəhərlərində yaşayan erməni ekstremistləri Azərbaycana qarşı nümayişlər və digər təxribat xarakterli tədbirlər planlaşdırır. Soydaşlarımızdan təmkinli və ehtiyatlı olmağı, təxribatlara uymamağı, belə mənasız nümayişlərə önəm verməməyi xahiş edirik. Azərbaycan həqiqətlərinin yerli ABŞ ictimaiyyətinə müxtəlif müstəvilərdə çatdırılması işi həm Baş Konsulluq, həm də icmamız tərəfindən uğurla davam etdirilir.

Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa [email protected] email ünvanı və ya 1 (310) 444-9101 telefon nömrəsi vasitəsilə dərhal məlumat verilməsini soydaşlarımızdan rica edirik.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar