Azərbaycanla Gürcüstan arasında iki sənəd imzalandı

29 Sentyabr 2021 18:06    832 Baxış   
Azərbaycanla Gürcüstan arasında iki sənəd imzalandı

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

Dominant.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.


Nazir tədbir çərçivəsində həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.

"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq", - nazir qeyd edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar