Azərbaycanlı hakimlər peşəkarlaşacaq - DETALLAR

18 Avqust 2021 10:26    424 Baxış   
Azərbaycanlı hakimlər peşəkarlaşacaq -  DETALLAR

Azərbaycanlı futbol hakimləri peşəkarlaşacaq.

Dominant.az-ın məlumatına görə, bunun üçün Azərbaycanda “Peşəkar hakim” sistemi tətbiq olunacaq.

Belə ki, bu sistemə əsasən 10 seçilmiş referi və 15 assistant hakimlə (laynsman) AFFA arasında peşəkar müqavilə bağlanılacaq və onlar hər ay sözügedən qurumdan aylıq maaş alacaq. Bundan başqa, həmin hakimlər idarə etdikləri oyunlara görə qonorardan məhrum edilməyəcək.

Matç idarə edən baş hakim 700 manat, köməkçi hakimlər 400 və dördüncü hakim 300 manat qonorar almaqda davam edəcək.

Qeyd edək ki, bu sistem AFFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında öz təsdiqini tapacaq.

(Oxu.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar