Azərbaycanlı pilotların iştirakı ilə Türkiyədə təlim başladı - VİDEO

20 İyun 2022 19:05    3261 Baxış   
Azərbaycanlı pilotların iştirakı ilə Türkiyədə təlim başladı -    VİDEO

Türkiyədə “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki uçuş təlimlərinə start verilib.

Taktiki uçuş təlimlərində Azərbaycan və Türkiyədən başqa İngiltərə, İordaniya, Pakistandan olan pilotlar iştirak edəcəklər.

Türkiyənin Konya şəhərində təşkil edilən beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı “Su-25” və “MiQ-29” qırıcı təyyarələri təmsil edəcəklər.

Beynəlxalq taktiki uçuş təlimlərində əsas məqsədi, xilasetmə və havadan yardım hərəkatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.

https://twitter.com/i/status/1538842281276588033


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar