“Azərbaycanlılar Ermənistanın ərazilərinə təcavüz etdilər” - Amerikalı senator

21 İyul 2021 16:58    70 Baxış   
“Azərbaycanlılar Ermənistanın ərazilərinə təcavüz etdilər” -  Amerikalı senator

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Bob Menendez, Bayden administrasiyasının Azərbaycana yardımı nəzərdə tutan 907-ci düzəlişi məhdudlaşdırmaqdan imtina etməsindən narahatlığını bildirib.

Dominant.az xarici mətbuata istinadən xəbər verir ki, Menendez fikirlərini belə ifadə edib: “Ermənistanın ərazilərini işğal etdilər. Mənə elə gəlir ki, bunun qəbuledilməzliyinə dair açıq bir çağırış olunana qədər təcavüzü davam etdirəcəklər”.

Menendez bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd göstərilən doktor Karen Donfrid təsdiqlənərsə, Senatın Xarici Əlaqələr Komissiyası ilə bu mövzuda yaxından iş aparılacaq. “Biz mütləq şəkildə əmin olmalıyıq ki, Azərbaycana etdiyimiz yardımlar Dağlıq Qarabağın həllinə dair öhdəliyimizlə rəsmi Bakı arasında güc balansının pozulmasına təsir göstərmir”.

(Konkret.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar