“Azərsu”da 7 milyard manat yığılmış ZƏRƏR

22 İyul 2021 18:41    1542 Baxış   
“Azərsu”da 7 milyard manat yığılmış  ZƏRƏR

“Azərsu” ASC 2020-ci ili 323,222 milyon manat zərərlə başa vurub.

Dominant.az-ın xəbərinə görə, 2019-cu il ilə (zərər – 593,545 mln manat) müqayisədə qurumun zərəri 45,5% azalıb.

Belə ki, qurumun satışdan gəlirləri illik müqayisədə 4,5% azalaraq 184,246 mln manat, satışların maya dəyəri 21,3% artaraq 131,524 mln manat olub. Ümumi mənfəəti 52,722 mln manat olan cəmiyyətin digər gəlirləri 7,846 mln manat, inzibati xərcləri 40,432 mln manat, satış və paylama xərcləri 117,024 mln manat, digə əməliyyat xərcləri 207,855 mln manat, məzənnə fərqindən zərəri 15,508 mln manat olub. Maliyyə xərci 2,823 mln manat, icarə öhdəlıikləri üzrə faiz xərci 63 min mana tolan qurum 85 min manat mənfəət vergisi ödəyib və nəticədə, ötən ili 323,222 mln manat xalis zərərlə başa vurub.

“Azərsu” ASC-nin cəmi aktivləri illik müqayisədə 88,9 mln manat və ya 9,8% artaraq 1 000,837 mln manat, cəmi öhdəlikləri 0,6% azalaraq 582,814 mln manat olub.

Nizamnamə kapitalı 400 mln manat olan qurumun əlavə ödənilmiş kapitalı 6 820,384 mln manat, dövlət investisiyaları 501,095 mln manat, yığılmış zərəri isə 7 303,456 mln manat olub. Nəticədə qurumun cəmi kapitalı 418,023 mln manat təşkil edib.

(Ölkə.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar