"Azərxalça"nın mətbuat xidmətinin sabiq rəhbəri həbs edildi

23 İyun 2021 16:05    621 Baxış   
"Azərxalça"nın mətbuat xidmətinin sabiq rəhbəri  həbs edildi

Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan “Şərq qapısı”nda baş redaktor, daha sonra “Azərxalça”da mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmiş Tural Səfərovun Naxçıvanda həbs edildiyi barədə xəbər yayılıb.

Dominant.az modern.az-a istinadən xəbər verir ki, T.Səfərovun həbsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Ancaq onun həyat yoldaşı Tural Səfərovun Naxçıvanda həbs edildiyinə dair faktı təsdiqləyib.

Tural Səfərov bu ilin aprelində üç ildir çalışdığı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəsifəsindən ayrılıb.

Sonra o, “Moderator.az” saytının Baş redaktoru vəzifəsində çalışırdı.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar