Aztəminatlı gənclərə pulsuz mənzillər veriləcək – RƏSMİ

29 İyun 2020 15:11    408 Baxış   
Aztəminatlı gənclərə pulsuz mənzillər veriləcək –  RƏSMİ
Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Dominant.az xəbər veirir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Uşaq hüquqları haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar