AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi

20 İyul 2020 22:23    792 Baxış   
AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) daha bir əməkdaşı - 74 yaşlı veteran operator Abasağa İmanov koronavirusdan vəfat edib.

Dominant.az xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Heydərova məlumat verib.

Jurnalist sosail şəbəkə hesabında yazıb: "Çox kədərli... Covid-19 AzTv-nin daha bir əməkdaşının, 74 yaşlı veteran operator Abasağa İmanovun nəfəsini dayandırdı. Mən Abasağa müəllimlə çiyin-çiyinə çalışmamışam, çəkilişlərdə olmamışam. Amma onu hər gün işdə görürdüm. Çiynində kiçik çantası olardı. Əlindən köhnə kitablar düşmürdü. Hətta yeməkxanada kitab oxuya-oxuya yemək yeyirdi, çay içirdi. Qəribə baxışları vardı. Dərin baxışlar. Elə bil kamerasının obyektivindən dünyanın sonunu görmüşdü. Amma o baxışlar sərt deyildi, güdmürdü, dünyanı kitablarda, sözdə müşahidə edirdi. Həmişə onu görəndə yaxınlaşıb salamlaşmağı özümə borc bilmişəm. Bu gündən o, xatirələrimizə köçdü. Ruhun şad olsun Abasağa müəllim!"


Allah rəhmət eləsin!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar