Baharda gül tək solanım...

09 Sentyabr 2020 17:03    586 Baxış   
Baharda gül tək solanım...
Dominant.az yazar-jurnalist Əcəmi Əsədullanın yeni şeirini təqdim edir:

Baharda gül tək solanım
Olmasa da, var olanım
Dur gəl, başına dolanım
Mən dünyayam, sənsə günəş

Sevgi oxdur, atammadım
Bu dəryada batammadım
Sənə heç vaxt çatammadım
Mən dünyada, sən günəşdə.

Bura biz nahaq gəlmişik
Kəfənə yamaq gəlmişik.
Sevgiyə qonaq gəlmişik
Mən dünyadan, sən günəşdən.

Səninlə qalıb təkbətək
Gözlərini süzüm gərək
Belə baxaq səhərədək
Mən dünyaya, sən günəşə.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar