Bakı metrosunda FACİƏ - Ölən var

22 Fevral 2022 14:11    1985 Baxış   
Bakı metrosunda FACİƏ -   Ölən var

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Dominant.az Lent.az-a istinadən xəbər verir ki, hadisə metronun "İnşaatçılar” stansiyasında qeydə alınıb.

Orada elektrik mexanik işləyən 63 yaşlı Məlikəli Nufəli oğlu Əliyev iş otağında yıxılıb. Başından xəsarət alan elektrik xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

"Bakı Metropoliteni" QSC stansiyada əməkdaşın ölümü ilə bağlı yayılan məlumatlara münasibət
bildirib.


Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında metropoliten əməkdaşı, 63 yaşlı Məlikəli Əliyevin ölümü xəbərini təsdiqləyib.


Qeyd edib ki, M.Əliyev fevralın 18-də özünü pis hiss edib. Təcili tibbi yardım çağırılıb və o, Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlərin səyinə baxmayaraq, M.Əliyev fevralın 21-i axşam saatlarında xəstəxanada dünyasını dəyişib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar