Bakı, niyə susursan?

03 Avqust 2020 22:42    436 Baxış   
 Bakı, niyə susursan?
Dominant.az jurnalist-yazar Əcəmi Əsədullanın yeni şeirini təqdim edir:

Çox sevgilər görmüsən

Ayrılıqlar, filanlar

Bir vaxt daş küçələrdə

Aşiqlərin gəzərdi

İndi mərmər üstə

Hey sürünür ilanlar

Daş küçələrin tək

ürəyin də daş idi.

Heç zaman ağlamadın

sevgilərin halına,

Çox istədim alına

Son dəfə onu görmək

Amma qismət olmadı

O da mənim tək yəqin

Bu şəhərə naşıdır.

Səndən yadigar qaldı

qumlu sahil və sevgi

Sevgimizə göz dəydi,

Qumu Xəzər daşıdı

Sən də susmağında ol

Sus ki, sevgimiz kimi

Sənin də sonun gəlsin.

Bakı, sən və həmin qız

İkiniz də vəfasız...



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar