Bakı Zooloji Parkı açıq elan edildi: Qiymətlər nə qədərdir?

09 Oktyabr 2021 12:47    371 Baxış   
Bakı Zooloji Parkı açıq elan edildi:  Qiymətlər nə qədərdir?

Bakı Zooloji Parkı bu gün ictimaiyyətə açıq elan edilib.

Dominant.az-ın xəbərinə görə, bu gün saat 15:00-dan etibarən ictimaiyyət sərbəst şəkildə parkdan istifadə edə biləcək.

Biletlərin qiyməti böyüklər üçün beş, kiçiklər üçün iki manat olacaq. Giriş üç yaşadək uşaqlar, internat uşaqları və şəhid ailələri üçün pulsuz olacaq. Müharibə veteranları, şagird və tələbələr isə endirimli qiymətlərdən istifadə faydalanacaqlar.

Bakı Zooloji Parkının kassaları hər gün saat 10:00-dan 17:30-dək fəaliyyət göstərəcək. Həmçinin onlayn kassalar da əhalinin xidmətində olacaq.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar