Bakıda qızı narahat edən oğlan saxlanıldı

06 Oktyabr 2022 11:52    320 Baxış   
Bakıda qızı narahat edən oğlan saxlanıldı

Bakıda qızla tanış olmaq istəyən və onu təqib edən gənc oğlan saxlanılıb.

Dominant.az xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verib. Ə.Abdullayeva ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq gənc oğlanın onu şəhər ərazisində təqib etdiyini və narahatlığına səbəb olduğunu bildirib. Polislər həmin şəxsə xəbərdarlıq edəndən sonra gənc qız Sumqayıt avtobusuna minib, az sonra isə həmin oğlan avtobusa daxil olub. Bunu görən qız qışqıraraq etiraz edib və onu izləyən şəxsin avtobusu tərk etməsini tələb edib. Polis əməkdaşları yaxınlaşaraq həmin şəxsdən digər avtobusa minməsini xahiş etdikdə o, münaqişə yaradaraq etiraz edib.

İctimai yerdə insident törədən şəxs daha sonra saxlanılaraq bölməyə aparılıb, onun 1992-cü il təvəllüdlü Oqtay Əlizadə (şərti adlı) olması müəyyən edilib və barəsində tərtib edilən protokolla birgə Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 150 manat cərimə edilən şəxs sərbəst buraxılıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar