Bakıda ticarət mərkəzi yanır

16 Oktyabr 2021 10:13    195 Baxış   
Bakıda ticarət mərkəzi yanır
Bakının Nərimanov rayonunda yanğın başlayıb.


Dominant.az xəbər verir ki, yanğın Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar