Bakının bu rayonu yoluxmaya görə birinci yerə qalxdı

29 İyun 2020 11:30    300 Baxış   
Bakının bu rayonu yoluxmaya görə birinci yerə qalxdı
Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

Dominant.az xəbər verir ki, TƏBİB iyunun 25-dək qeydə alınan rəqəmləri açıqlayıb. Statistikada paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayonda yoluxma 12.9 faiz təşkil edir.

Pandemiyanın ilk dönəmində xəstə sayına görə paytaxta liderlik edən Yasamal isə sıralamada ikinci yerdədir. 12.6%. Hər iki rayonun göstəricilərində artım müşahidə olunur. Xətaidə isə yoluxma halı azalaraq 11.9% olub. Sabunçu 11.8, Nəsimi 10.7, Suraxanı 9, Nərimanov 8.6, Nizami 8.1, Qaradağ 5.5, Səbail 4.5, Xəzər 4.1, Pirallahıda 0,3 faiz yoluxma qeydə alınıb.

Qeyd edək ki, hazırda ölkə üzrə 7200 aktiv koronavirus xəstəsi var. Onların da 53 faizindən çoxu Bakının payına düşür.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar