Bakıya yeni metro qatarı gətirildi - FOTO

16 İyul 2021 15:22    716 Baxış   
Bakıya yeni metro qatarı gətirildi -  FOTO

Azərbaycanın Rusiyadan aldığı metro qatarlarından biri Bakıya çatıb.

Dominant.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, 5 vaqondan ibarət göndərilən birinci qatar artıq Bakı Metropoliteninin deposundadır.

Qeyd edək ki, Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin "Bakı Metropoliteni" üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi iyunun sonunda Bakıya yola salınmışdı.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar