Baş infeksionistdən çimərliklərlə bağlı vacib AÇIQLAMA

08 İyun 2021 12:05    400 Baxış   
Baş infeksionistdən çimərliklərlə bağlı vacib  AÇIQLAMA

Yaxın zamanlarda ölkədə dəniz mövsümünə start veriləcək. Şübhəsiz ki, istirahət sevənlərin ən çox üz tutduğu məkanlardan birincisi çimərliklər olacaq.

Hazırda ölkədə pandemiya şəraiti davam etdiyindən hər kəsi düşündürən bir sual var... İnsanların mövsümü əyləncəsini təşkil etdiyi çimərliklər onları virusa yoluxdura bilərmi?

Mütəxəssislərin sözlərinə görə, suda yoluxmanın baş verməsi üçün kifayət qədər doza olmur.

Dominant.az xəbər verir ki, məsələ ilə bağlı baku.ws-ə açıqlama verən, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov, insanlar suda olarkən yoluxma ehtimalının olmadığını bildirib:

“Baxmayaraq ki, bəzi tədqiqatlar yeni koronavirusun bağırsaq hüçeyrələrində çoxalmaq qabiliyyətinin olmasını göstərir (yəni virus suya nəcis kütlələri ilə də qarışa bilər) ancaq indiyənədək infeksiyanın sudan yayılması sübutunu tapmayıb.

Ola bilər ki, hətta suda çimərkən asqırma və ya öskürmə vasitəsilə virus bilavasitə suya düşsün, lakin həmin bioloji kütlə durulaşdığından virusun konsentrasiyası azalır və yoluxmanın baş verməsi üçün yetərli doza olmur”.

Baş infeksionistin sözlərinə görə, insanlar suda yaxud da sahildə olarkən, əgər bir-biri ilə yaxın məsafədə təmas edərlərsə, yenə də yoluxma baş verə bilər:

“Çimərliklərdə də ara məsafənin gözlənilməsi vacib şərtdir. Məsələn, əgər siz ailə ilə çimərliyə getmisinizsə, digər şəxslər sizdən ara məsafəsi qədər aralı çimməli və ya bu qaydanın gözlənilməsi şərtilə sahildə istirahət etməlidirlər.

Bu qayda qapalı məkanlardakı hovuzlarda da gözlənilməlidir. Lakin burada suyun digər törədicilərə qarşı vaxtaşırı dezinfeksiyası və təmizlənməsi, eyni zamanda insanlar arasında yoluxmanın minimallaşdırılması məqsədilə oradakı havanın periodik ventilyasiyası da böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, ötən il də, ölkədə pandemiya şəraiti hökm sürdüyündən müəyyən izolyasiya qaydalarına əməl etmək şərtilə çimərliklər öz fəaliyyətini bərpa etmişdi.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar