Baş nazir Əli Əsədov qərar imzalayıb

30 İyun 2021 10:52    1810 Baxış   
Baş nazir Əli Əsədov qərar  imzalayıb

Nazirlər Kabineti görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.

Dominant.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütfi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll edəcək.

(Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar